Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Xoşbəxtlik!
  • 0
Xoşbəxtlik!

Məqaləmə insan nə üçün xoşbəxtlik arzusundadır deyə başlamaq istəyirəm? Insan dediyimiz bu varlıq həmişə nəyinsə axtarışındadır.Həyatdan nələrisə almaq üçün gəlib,sanki.Insan daim gözləyir,bəzən heç özü də bilmir ki nə gözləyir.Dayandığı yer nədir nəyə görə orada dayanıb?Illər əvvəl nə qədərki informasiya az idi insanlar daha az axtarışda idilər,ancaq bunu da unutmayaq ki texnologiyanı da inkişaf etdirən insandır.Insanın daim gözləntisi var.Ailəsindən,dostlarından,ətrafından,işindən və ən əsası insan həmişə özündən nələrsə gözləyir.Özünə bəzən hökm edir insan.Istəklərinin arxasınca gedir bəzi insanlar,bəziləri isə dayandıqları yerdə xoşbəxt olmağa çalışırlar.Xoşbəxtlik? Nədir görəsən insanların çatmaq istədiyi bu xoşbəxtlik? Niyə hər kəs bu sözü rahatlıqla deyə bilmir və bəzən qorxurlar elə bil,desələr ki xoşbəxtəm kimsə xoşbəxtliklərini onlardan oğurlayacaqmış kimi.Xoşbəxtlik bu elə bir ülvi hissdir ki,bir anlıq olur və bitir.Bəzi insanlar ən kiçik,ən sadə şeylərlə belə xoşbəxt ola bilər.Bəzi insanlar xoşbəxtliyi böyük nələrdəsə axtarır.Xoşbəxtsən deyə sual verdiyimizdə bir insana bəziləri özlərini məhz güclü göstərmək üçün yaxud özlərini təsdiq etməkçün Bəli çox xoşbəxtəmdeyirlər,bəzi insanlar isə xoşbəxt deyiləm sözünü asanlıqla deyə bilirlər.Bəziləri isə qarşısındakını günahlandırmaq üçün sanki xoşbəxt olmamaqlarına səbəb sizsinizmiş kimi.Xoşbəxt olmaqla Xoşbəxtlik arasında o qədər uzun məsafə varki.Xoşbəxt olmaq üçün çalışmaq lazımdır,Xoşbəxtlik üçün isə görmək kifayət edir.Xoşbəxtlik axtarışına çıxır bəzi insanlar.Xoşbəxtlik nədir deyə sual verirlər özlərinə.Beləmi çətindir görəsən xoşbəxt olmaq? Xoşbəxtlik sözünü hiss etməyi öyrəndiyiniz anda siz qalib gələcəksiniz.Xoşbəxt olmaq üçün nə edək dediyinizi eşidirəm?
- Gülümsəyin
- Kiçik də olsa ən yaxınlarınıza hədiyyələr alın onları sevindirmək əmin olun ki, sizi də çox xoşbəxt edəcək
- Ən sevdiyiniz paltarları alın.Alış-verişə çıxın
- Heç vaxt getmədiyiniz yerləri kəşf edin.Gedin,gəzin.
- Kompleksiz olun
- Həyatda hər şeydən zövq almağa çalışın
- Sevin,sevilin
- Ideal olmağa çalısmayın,icazə verin insanlar sizi olduğunuz kimi qəbul etsin
Xoşbəxt olmaq dərk etməkdir,ilk öncə özünü dərk etmək və sonra xoşbəxtlik sözünü dərk etmək.Xoşbəxt olmaq üçün əslində hər insanın ehtiyyacı olan kiçik bir gülümsəmədir bəzən.Səhərlər oyananda öz üzərinizdə tecrübə edə bilərsiz bunu.Kiçik bir gülümsəmə ilə günə başlamaq.Yol ilə gedərkən,dodaqlarınızı sallamaqdansa,qarşınıza çıxan insanlara salam verib gülümsəməklə xoşbəxt olmaq,yaxud ən sevdiyiniz bir işlə məşğul olmaq ya da ən sadəsi sevdiyiniz bir şokoladı yeyərək.Həm bilirsiniz ki şokolad xoşbextlik hormonlarını yüksək həddə çatdırır.Niyədə olmasın? Xoşbəxt olmaq üçün zamanınız varkən istifadə etməyə dəyməzmi? Əslində xoşbəxt olmaq bizim özümüzdən,daxilimizdən asılıdır.Istəsək bütün maneələrə baxmayaraq ən yüksək xoşbəxtliyə çata bilərik. Bu gün işdən çıxartdılar sizi və siz kefsizsiniz,düşünürsünüz ki işsiz bir insanam artıq həyat dayanıb sizin üçün,xoşbəxt olmaq nədir heç xoşbəxtlik sözünün x-sını eşitmək istəmirsiz,bir anda çox ümüdsüz hala düşmüsüz.Birdə yaxşı tərəfindən baxaq düşünün ki sizin potensialınız əslində işlədiyiniz yerdən daha yüksək yerlərə laiqdir.Ona görə daha yaxşı şirkətlərə iş yerlərinə müraciət etməyə başlayın elə bu andan.Deyirsiniz bu elə de asand deyil,ancaq bir dəfə təcrübə etsəz görəcəksiniz ki,hər dəfə işə müraciət edənde daha da güclenirsiz. Xoşbextlik bir addımlığınızdadır ya da siz elə tam da xosbəxtliyin içərisindəsiniz.Diqqetli olun hər şeyin başlanğıcında xoşbəxtlik var!


Məqalə müəllifi AYGÜL RÜSTƏMƏ TƏŞƏKKÜR EDİRİK
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 4106 Əlavə edilib: 10 Mart 2014  

#1 Müəllif: kuzeykuneb (18 May 2014 00:54)


Qrup: Istifadəçi
Hamisi eyni ile duzdur, ama 1 ey varki men hemie gulumseyirem ve bezi insanlar varki onlar mene deyirerki sene gulumsemek yaramir...ancaq ozum ve yaxinlarim yeni men cox yaxsi biliremki bu bele deyil mene gulmekde gulumsemekde yarasir axi, ele bunlara gore adam hirslenir ve xosbextlikden 1 addim geri cekilir... 
ICQ:

#2 Müəllif: sevqi (11 İyun 2014 21:13)


Qrup: Istifadəçi
kaw yazdiqniz qeder xowbextliye yaxin olaq tew..
ICQ:

#3 Müəllif: Oguzlu (6 Dekabr 2015 05:57)


Qrup: Istifadəçi
duzduu
ICQ:

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Dost saytlar
{friend}

Arxiv
Dekabr 2016 (3)
Sentyabr 2015 (3)
Yanvar 2015 (10)
Sentyabr 2014 (2)
Avqust 2014 (5)
Mart 2014 (5)
 
 
Vuqar
 Copyright 2009-2013 www.psixologiya.net design by OldNick