Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: QAVRAYIŞA AİD PSİXOLOJİ TEST
  • 100
QAVRAYIŞA AİD PSİXOLOJİ TEST

Siz bu barədə heç düşünmüsünüz ki, biz ətrafdakı insanları ona görə çətin başa düşürük ki, onlar ətraf aləmi bizdən fərqli şəkildə qəbul edirlər. Əgər insanların danışığına diqqət yetirsək, bu məqamları görə bilərik: kimisi öz danışığında bu frazaları tez-tez işlədir “mən buna baxa bilmirəm”, başqası isə bunun yerinə deyir ki, “bu dözülməzdir”. Kimisi “sizi eşitməyə şadam” kəlməsini təkrarlamağı sevir, kimisi isə “sizin mənə münasibətiniz mənə xoşdur” deyir.
Bütün bunlar nitqdə və danışıqda tələb olunan sadə vərdişlər deyil. Səbəb odur ki,insanlar onları əhatə edən aləmi müxtəlif cür qəbul edirlər: bir çoxları gerçəklik haqqında məlumatların çoxunu görmə vasitəsilə qəbul etdikləri üçün çox zaman nitqində “bu görülməmiş işdir” kimi frazalara ehtiyac duyur. Digərləri isə dünya haqqında məlumatları daha çox eşitmə vasitəsilə, üçüncülər isə hərəki duyğular vasitəsilə əldə edirlər. Müxtəlif qavrayış kanalları (görmə, eşitmə və ya hərəki duyğular) aktiv olan insanlar arasında son nəticədə anlaşılmazlıq, hətta konflikt yarana bilər.
Məsələn, belə bir situasiyaya nəzər salaq. Siz mənzilinizi təmir etdirmisiniz və divan alırsınız. Bu divan interyerə çox uyğundur, amma çox da rahat deyil. Siz bu seçimi ona görə edirsiniz ki, sizin üçün mənzilin gözəlliyi vacibdir. Yəni, görkəmə üstünlük verən insansınız. Amma ola bilər ki, tərəf müqabiliniz gözəlliyə çox da diqqət ayırmır, onun üçün daha çox rahatlıq vacibdir. Yəni, onda hərəki duyğular daha çox inkişaf edib. Nəticədə aranızda konflikt yaranır. Sizin həyat yoldaşınıza xoş deyil ki, siz narahat əşya almısınız. Sizi isə o əsəbiləşdirir ki, sizin elədiyiniz heç bir şey onun xoşuna gəlmir.
Belə xoşagəlməz vəziyyətlərdən qaçmaq üçün aşağıdakı testdən keçin. Test vasitəsilə sizdə və yaxınlarınızda bu 3 kanaldan hansının daha aktiv olduğunu müəyyən edin. Bu məlumat sayəsində siz qərar qəbul edərkən ətrafınızdakılarla asanlıqla ortaq məxrəcə gələ bilərsiniz.

Bu suallara sadəcə “hə” və ya “yox” cavabı verin:

1. Mən səmaya baxmağı sevirəm.
2. Maşın seçəndə mən mütləq onun rənginə diqqət yetirirəm.
3. Mən xarici görünüşümə çox diqqət yetirirəm.
4. Mən ətrafda gəzən insanları nəzərdən keçirməyi çox sevirəm.
5. Paltar alarkən, mən sadəcə o paltara gözucu baxmaqla anlaya bilərəm ki, o mənə yaraşar ya yox.
6. Mən tez-tez eyni zamanda həm yeyirəm, həm də kitab oxuyuram.
7. Foto çəkməyi sevirəm.
8. Mən gül buketləri almağı xoşlayıram, onları heçkimə verməsəm belə.
9. Mən insanın geyiminə görə onun haqqında fikir formalaşdırıram.
10. Mən kinoya və TV-yə baxmağı, teatra getməyi xoşlayıram.
11. Mən simaları yaxşı yadda saxlayıram.
12. Mən tez-tez nəsə zümzümə edirəm.
13. Mən tanış adamları onların addım səslərinə görə mükəmməl tanıya bilirəm. Hətta həmin insanı görməsəm də, otağa kimin girdiyini həmişə müəyyən edə bilərəm.
14. Mən başqa insanların səsi ilə danışmağı bacarıram.
15. Mən köhnə mahnı eşidən kimi dərhal keçmişi xatırlayıram.
16. Mən telefonla danışmağı xoşlayıram.
17. Mütaliə üçün mən audiokitablara üstünlük verirəm.
18. İnsanların sözlərini uzun müddət xatırlayıram.
19. Mən tək olanda tez-tez öz-özümlə danışıram.
20. Mən insanın səsini eşitməklə onun haqqında çox məlumat ala bilərəm.
21. Yağışın səsini çox sevirəm.
22. Mahnı oxumağı çox sevirəm və bacarıram.
23. Mən həmişə mənə rahat olan paltarı geyinirəm. Heç bir dəb məni məcbur edə bilməz ki, mənə narahat olan paltarı geyinim.
24. Mən hamam və saunaları sevirəm.
25. Massaj mənim xoşuma gəlir.
26. Mən həmişə hərəkətdə olmağa ehtiyac duyuram.
27. Mən tez kökəlirəm.
28. Fiziki gərginlik və stressdən sonra mən uzun müddət gərginlik hissi keçirirəm.
29. Mən isti vanna qəbul etməyi xoşlayıram.
30. Mən ciddi şəkildə öz günümü planlaşdırıram.
31. Mən qatarda və ya təyyarədə çox vaxt keçirdikdən sonra özümə çətinliklə gəlirəm.
32. Mən səhər uzun müddət gərnəşirəm, yoxsa yerimdən qalxa bilmirəm.
33. Əgər yataq narahatdırsa, mən yuxuya gedə bilmirəm.
34. Mən özümə çətinliklə rahat ayaqqabı tapıram.

Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Aydan1568a ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Aydan1568a Baxıxılıb: 7473 Əlavə edilib: 28 мая 2010  

#1 Müəllif: vaska_77 (29 мая 2010 10:36)


Qrup: Istifadəçi
bes acari hani,,,,..
ICQ:

 
#2 Müəllif: Aydan1568a (29 мая 2010 13:01)


Qrup: Qonaq
1-11 gorme ile,12-22 eshitme ile,23-34 ise hereki ile baglidir.hansinda he cavabi choxdursa o sizde ustunluk teshkil edir.
ICQ:

 
#3 Müəllif: Fuad Bayramov (30 мая 2010 15:56)


Qrup: Qonaq
Maraq idi Aydan xanim cox saqolun.
ICQ:

 
Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©