Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Bürclərə göre xüsusiyyətlər
  • 100
Qoç
Liderlik xüsusiyyətinə mailk olan Qoç, bəzən çox aqressiv olur, öz fikirlərini tez deyirler.Buna görə də, hədiyyəni açdığında sizə qarşı heç gözləmədiyiniz münasibəti göstərməsi də mümkündür.Ona hədiyyə alacağınızı mütləq gizli saxlayın.Çünki bunu hiss etsə, sizi yönləndirməyə çalışacaq, ürəyindən keçdiyi şeyləri sizə aldırmaq istəyəcək.
Qoç bürcünə uyğun hədiyyələr:
1.Gözəl saat
2.İdman aksesuarları
3.Bahalı bir köynək
4.ən sevdiyi müğənninin son albomu

Buğa
Agıllı, yemək yeməyi xoşlayan, sevgiyə bağlı olan və həm də pulu da çox sevən buğalar, hədiyyə almaq üçün ən münasibət insanlardır.Ümumiyyətlə yeməyi çox xoşladıqları üçün qız və ya oğlan olmasından asılı olmayaraq onu gözəl bir axşam yeməyinə dəvət edə bilərsiniz.Pula önəm verdiyi üçün, bahalı hədiyyələrə üstünlük verin.Məsələn, özəl bir kosmetika, aksesuar və ya bahalı bir bəzək əşyası onu çox sevindirəcək.

Əkizlər
Qürurlu, deyişkən ruhlu Əkizlər, qapalı xarakterə malikdirlər.Buna görə də onun üçün ən yaxşı hədiyyənin nə olduğunu bilmək çətindir.Amma həyat tərzi ona hədiyyə seçimində sizə kömək edə bilər.Məsəələn, sosial həyata maraqlı olan Əkizlərə, çoxdandır ki, baxmaq istədiyi kinoya bilet ala bilərsiniz.İkinci hədiyyə kimi əl aksessuarı ya da geyim də originalləğə sevdiyi üçün xoşuna gələcək.Həm də aldığınız hədiyyəni gözəl bir qutunun içinə qoymağı və üzərinə xoş arzularınızın yazıldığı bir kart qoymağı unutmayın!

Xərçəng
Sadiq, yaradıcı, duyğusal Xərçəng üçün hədiyyə alanda çox diqqətli olun.Çünki tez küsürlər və hər bir hədiyyədən bir məna çıxartmağa çalışırlar.Hər halda onu istəmədən incitmək və ya küstürmək istəməzsiniz.Tarixə və dekorasiyaya önəm verən bu bürc üçün ən ideal hədiyyə tarixlə bağlı kitablar, otağı üçün maraqlı və istifadə edə biləcəyi aksesuarlar olacaqdır.Həm də geyimlerinə çox fikir verdikləri üçün gözəl bir geyim hədiyyəsi çox xoşlarına gələcəkdir.

Şir
Cəsur, hərəkətli bir şəxsiyyətə malik olduqları üçün Şir, həm də əmr verməyi xoşlayır.Buna görə də onun üçün alacağınız hədiyyənin heç kimdə olmaması çox önəmlidir.Qiymət problem deyil, çünki şirlər pula önəm vermirlər.Buna görə də yaradıcı yanaşın.Məsələn, sizin çəkdiyiniz rəsm əsəri, ondan xəbərsiz çəkdiyiniz bir fotoşəkili, qisası heç kimdə görə bilməyəcəyi özəl əşyalar onu cəzb edəcəkdir.

Qız
Şanslısınız, çünki səbrli və səliqəli Qız üçün hədiyyə seçiminiz çox genişdir.Məsələn, bütün il ərzində əlindən düşürməyəcəyinə əmin olduğunuz kitab, onun çox sevdiyi ətir, Kompyuter CD-ləri və disketləri, hobbisiylə bağlı aksesuarlar və s.

Tərəzi
Romantik və əzmkar Tərəzi, təəcübləndirici hədiyyələrdən xoşlanır.Məsələn, bəzək əşyası kimi görünən, əslində bir telefon olan hədiyyə onu xoşbəxt edər.Bundan başqa ekzotik və otantik əşyalar satılan mağazalara da baş çəkib hədiyyə seçməniz məsləhət görülür.Çünki TƏRƏZİ üçün uyğun hədiyyəni burdan da ala bilərsiniz.Heç bir şeydə qərar verə bilmədinizsə narahat olmağa dəyməz.Çünki romantik tərəziyə alacağınız lirik mahnılardan ibarət CD, ya da rəsmlərini qoya biləcəyi bir albom da sizin qurtarıcınız ola bilər.

Əqrəb
Qərarlı və yenilikçi xarakterə malik olan əqrəb, otağına çox bağlıdır.Buna görə də otağı üçün alacağınız bəzək eşyası, rəngli bir stol saatı ya da orijinal bir gecə lampası onu çox sevindirəcəkdir.Maraq sahəsinə uyğun enshiklopediyalar, klasshik bir roman da əqrəb üçün yaxşi hədiyyələrdəndi.Əgər siz hökmən geyim və ya ətir almaq istəyirsinizsə əqrəbin bahalı və keyfiyyətli şeylərdən xoşlandıgını bilməniz lazımdır.



Oxatan
O, cəsur, müstəqilliyə can atan və şən xarakterə malikdir.Onun üçün xatirəyə çevriləcək hədiyyə almağınız məsləhətdir.Bir səyahət bileti ilə aranızdakı bütün problemləri həll edə bilərsiniz.Çünki Oxatan gəzmək, yəni yerlər kəşf etmək üçün yaradılımışdır.Əgər axtardığınız maddi dəyəri daha aşağı bir hədiyyə isə, tövsiyyəmiz çanta, ya da bir fotoaparat olacaqdır.Gözəl bir köynək və ya ayaqqabı da onunçün ala biləcəyiniz digər 2 hədiyyə alternatividir.Bir də oxatan nostalji mahnılarla keçmişi xatırlamağı çox xoşlayır.Bunu da nəzərə almağı unutmayın.

Oğlaq
Disiplinli, çalışqan və bir az da melonxolik olan Oğlaq üçün gözəl bir qələm, dəri cüzdan, çanta, xatirə dəftəri ya da günlük ala bilərsiniz.Vaxta çox əhəmiyyət verdikləri üçün çox funksiyalı saat da xoşuna gələcəkdir.Həm də ki ayaqqabı düşgünü olan oğlaqı ən son mod ayaqqabıyla da şad edə bilərsiniz.

Dolça
Dolça üçün alacağınız hədiyyəni gizli saxlamalısınız.Yoxsa, sürpriziniz alt-üst ola bilər.Ağlını işlətməyi xoşladığı üçün ona məntiq oyunları, kitablar ala bilərsiniz.Səyahəti çox sevsə də onunçün səyahət planlaşdırmayın.Çünki kiminsə planıyla hərəkət etməyi xoşlamır.

Balıqlar
Dostcanlı, zövq düşgünü, romantik, pula heç önəm verməyən bu bürcün insanına alacağınız hədiyyənin maddi dəyəri heç önəmli deyil, önəmli olan seçiminizin onun zövqünə uyğun olmasıdır.Ona yeni çıxan və xitə çevrilən bir qrupun ən son albomu, ən sevdiyi kinonun afişini hədiyyə edərsəniz, sizə minnətdar olacaq.İdman stilində geyinən balıqlar üçün köynək və ya ayaqqabı ala bilərsiniz.
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 2533 Əlavə edilib: 15 января 2010  

#1 Müəllif: Yeraz (15 января 2010 22:12)


Qrup: Istifadəçi
maraqli idi cox saqolun.uyqunluq cox idi.amma bunun yuklemesini duzeltmedinizde yenede. sad
ICQ: 123123

 
#2 Müəllif: Fuad Bayramov (15 января 2010 22:18)


Qrup: Qonaq
Hormetli sayt istifadecisi isteyiniz tezlikle nezere alinacaq.hormetle admin
ICQ:

 
#3 Müəllif: DiyaneHuseynova (16 января 2010 21:19)


Qrup: Admin
tesekkurler,maraqli idi.uygunluq heddinden artiq cox idi
ICQ:

 
#4 Müəllif: psixoloq-api (17 января 2010 13:46)


Qrup: Istifadəçi
bureclere inanmayim yalan seylerdi olar)))))))))))))))))))))))))))))))))))))))))))))))))))
ICQ: 11111111111111111

 
#5 Müəllif: NARA M (21 января 2010 13:10)


Qrup: Istifadəçi
Salam her vaxtiniz xeyirli olsun bu sayti yaradanlar. Men bu sayta teze qosulmusam. Sizden bir xahis eliyecem.Saytinizda olan meqalelerin hecmini birada olsa artirin.Indiden tesekkurler
ICQ:

 
#6 Müəllif: Prince_of_1558a (21 января 2010 17:58)


Qrup: Istifadəçi
hmm, dogruluq var, xususende baliqlarda , yeni ozumde )))))))) love


--------------------
ICQ: 390256163

 
#7 Müəllif: Fuad Bayramov (21 января 2010 19:48)


Qrup: Qonaq
NARA M,Salam hormetli Nara.XOS GELMSNZ.STEYNZ NEZERE ALNACAQ


Prince_of_1558a,Xos gelmisen.az reklam elede ozunu : smile

ICQ:

 
#8 Müəllif: Nara (29 января 2010 21:09)


Qrup: Istifadəçi
hormetli admin, ozunuz qoc burcusiniz bu hediyyeler ureyinizce olardi?wexsen menim 1 qoc burcu numayendesi olaraq hec xowuma gelmezdi ve qeyq etdiyiniz kimi alarken razi olmadigimi bildirerdim
ICQ:

 
Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Июль 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©