Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: YAZITERAPIYA NƏDIR?
  • 100
YAZITERAPIYA NƏDIR?

BU PSIXOLOJI METODIKANI SIZ HƏM MÜSTƏQIL, HƏM DƏ PSIXOLOQLA BIRGƏ KEÇIRƏ BILƏRSINIZ.

Əgər narahatlıq, həyəcan hiss edirsinizsə - YAZIN.

Kağız, qələm götürüb yazmaga başlayın: ağlınıza ilk gələn fikirləri, şüurlu korrektə etmədən, orfoqrafik qaydaları nəzərə almadan. Sadəcə, fikirlərinizi hərflərə çevirin. Egər fikirlərinizi sözlə ifadə etməkdə çətinlik çəkirsiniz, ele bu düşüncələrinizlə yazınıza başlayın. Məsələn, “Hec bilmirəm nə yazım”, “Fikirlərim qarışıqdır”, yə'ni, heç bir daxili tənqid olmadan, yazıda hər bir keçirdiyiniz hiss öz əksini tapsın.

Sizdə belə bir sual yarana bilər? “Bu üsul, metodika mənə nə cür təsir-kömək edə bilər?”

Psixoloqlar və psixoterapevtlər qeyd edirlər ki, yazıterapiya – Sizin psixikanız üçün istirahətdir. Beyin daim gərginlik, stress şəraitində “işləyə” bilməz. Mənfi emosiyalar, sarsıntılar, konfliktlər – psixi saglamlıq üçün çox ciddi nöqsandır. Bu göstəricilər insanı psixi xəstəliklərə gətirib cıxara bilər.

Çalışın keçirdiyiniz hisslər haqqında danışın – yazın, bu vasitə ilə Siz gəlbinizdəki lazımsız, mənfi yükdən qismən də olsa boşalacaqsız.

Yazılarınızda Sizi qıcıqlandıran, amma real həyatda cavab verə bilmədiyiniz insana, ürəyinizdən gələn “cavabı” yaza bilərsiniz. Nəticədə, hirsiniz soyuyacaq, və Siz daha sakit tərzdə yaranmış konflikt situasiyanı həll edə biləcəksiz.

Həyatınızın mənfi, neqativ anlarını kağıza köcürsəniz, reallıqda şən, sevincli məqamları yaşamağa daha çox imkan əldə edəcəksiz.

Psixoloqların fikrincə, yazıterapiya üsulu Sizə məqsədlərinizi reallaşdırmaqda böyük rol oynaya bilər. Planlarınızı, arzu-istəklərinizi konkret, ardıcıllıqla yazın. Ola bilsin bu gün yazdığınız arzulara, bir neçə gün sonra – tam əks münasibətiniz olacaq. “İstək cədvəliniz” dəqiqləşəcək – və Siz daha tez uğur eldə edəcəksiniz.

Yazıterapiya Sizə nəinki indiki həyatınızı tənzim etməkdə, hətta keçmış illərdə yaşadığınız mənfi hadisələrə münasibətinizi dəyişməkdə kömək edə bilər. Ürəyinizdə qalan ağır, sarsıdıcı, kədərli çöküntülər Sizə rahat tam həyat yaşamağa mane olurlar.

SİZƏ MƏNFİ HİSSLƏR YAŞADA BİLƏN HƏR BİR EHTIMALDAN AZAD OLUN!

Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən sweet ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: sweet Baxıxılıb: 1784 Əlavə edilib: 25 сентября 2010  

#1 Müəllif: AYSEL (4 ноября 2010 22:20)


Qrup: Istifadəçi
cox dogrudur men hele yazi terapiyasinin ne demek oldugunu bilmezden evvel de bu usuldan istifade etmisem en cetin situasiyada deye bilmediklerini kagiza yazib ve inanin cox rahatlayirdim ve hal-hazirda bu usuldan istifade etmirem cunki artiq cetinliklerimle uzlesmeye ozumu tam hazir hiss edirem
ICQ:

 
#2 Müəllif: gulichka_i (11 января 2012 09:48)


Qrup: Istifadəçi
men bu usuldan istifade etmisem defelerle. umumiyyetle derdimi sirrimi kimlese bolusen deyilem hemise yazmaga ustunluk vermisen cox komek eliyir. hamiya meslehet gorurem
ICQ:

 
Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©