Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Şəxsiyyətin formal-dinamik xüsusiyyətləri sorğusu (V.M.Rusalov)
  • 100
Bu sorğuya əsasən emosiyanın 3 növü təyin edilir - psixomotor, kommunikativ, intellektual.

Təlimat:

Sizin gündəlik davranış tərzinizlə bağlı suallara cavab verirsiniz. Çalışın ki,tipik vəziyyətləri təsəvvür edib, ağlınıza gələn ilk cavabı verin. Tez, dəqiq və konkret cavablar verin.

1.uyğun deyil - 1 bal
2.az uyğundur - 2 bal
3.kifayət qədər uyğundur - 3 bal
4.uyğundur - 4 bal

Suallar:

1.Gözlədiyimdən zəif imtahan verdikdə,çox həyəcan keçirirəm.
2.Mən həmişə sözümün üstündə dururam.
3.Zehni işlər zamanı səhv etdikdə,məyus oluram.
4.Xəttim pis olduğu üçün mən çox narahatlıq keçirirəm.
5.Mən verilən tapşırığı yüksək səviyyədə yerinə yetirməyəndə həyəcan keçirirəm.
6.İmtahan öncəsi çox həyəcan keçirirəm.
7.Maşın yolunu keçəndə həyəcanlanıram.
8.Özüm nəyisə düzəldə bilmirəmsə,məyus oluram.
9.Məni ciddi danışıq gözləyirsə,mən narahatçılıq keçirirəm.
10.Mən heç zaman görüşə və ya işə gecikməmişəm.
11.Mən insanlarla ünsiyyətə girən zaman tez-tez özümə inamsız oluram.
12.Zehni gərginlik tələb edən işdən bacarmayacağım üçün qorxuram.
13.Hər hansı bir tapşırığı yerinə yetirən zaman etdiyim kiçik bir səhvdən məyus oluram.
14.Mən yavaş yazdığım üçün və çox vaxt lazım olan informasiyanı qeyd edə bilmədiyim üçün məyus oluram.
15.Mən küsəyən insanam.
16.Dəqiq davranış hərəkətləri tələb edən işdən həyəcan keçirirəm.
17.Danışıq zamanı məni anlamayanda həyəcan keçirirəm.
18.Hərdən elə olurki, bilmədiyim şeylər haqqında danışıram.
19.Hər hansı bir problemin həllini tapmayanda yuxularım pozulur.
20.Dostlarımla münasibətlərə aydınlıq gətirən zaman həddən artıq həyəcanlı oluram.
21.Söhbət zamanı asanlıqla boş-boş şeylərə görə inciyirəm.
22.Uzun müddət hansısa bir problemi həll edə bilmədikdə əhval-ruhiyyəm pozulur.
23.Fiziki cəhətdən istədiyim kimi inkişaf etmədiyimdən narahatlıq keçirirəm.
24.Yoldaşlarım ilə mübahisə edəndə əhvalım pozulur.
25.Hərdən mənim ağlıma elə fikirlər gəlirki,bunu ətrafımdakıların bilməsini istəməzdim.
26.Zehni fəaliyyətlə bağlı uğursuzluqlarımı mən həddindən artıq şişirdirəm.
27.Əllə görülən işlər zamanı kiçik problemlər məni qıcıqlandırır.
28.Mənim düzəltdiyim hansısa əşya yaxşı alınmadıqda əhvalım pozulur.
29.Mənim yaxınlarımın mənə qarşı olan neqativ münasibətini mən hərdən şişirdirəm.
30.Ən asan tapşırığı belə yerinə yetirdikdə mən özümə inamsız oluram.
31.Mən hərdən qeybət edirəm.
32.Bəzi sahələrdə bacarığımın olmadığından narahatlıq keçirirəm.
33.İstirahət zamanı idman oyunlarında cəldlik göstərə bilmədiyim üçün narahatçılıq keçirirəm.
34.Mənim çatışmamazlıqlarımı üzümə deyəndə asanlıqla inciyirəm.
35.Yaxşı əl qabiliyyətim olmadığı üçün məyus oluram.
36.Mən imtahan zamanı yüksək gərginlik keçirirəm.
37.Əgər mən zehni işlərlə məşğul olmalıyamsa,səhvlərdən qaçmaq üçün öz işimi yüksək səviyyədə planlaşdırıram.
38.Mən əgər nəyisə düzəldirəmsə onu tam dəqiqliklə edirəm.
39.Tanışlarım içərisində heç xoşlamadığım insanlar var.
40.Mənim konfliktlərdən qaçmağa çalışmıram.
41.Məni tərifləyən,qucaqlayan və sakitləşdirən insanlara ehtiyacım var.
42.Mənə yaxın insanlar mənə gözlədiyim kimi münasibət göstərmədikdə,inciyirəm.

AÇAR:

A) 2, 10, 18, 25, 31, 38 - tədqiq olunanın adekvat davranışıdır. Bu variantda yığılan bal 18-dirsə müəllifin fikrincə heç digər variantları yoxlamaq lazım deyil, emosiyalar normadadır.

B) 4, 7, 8, 14, 16, 23, 27, 28, 32, 33, 35, 38 - psixomotor emosionallıq.

C) 9, 11, 15, 17, 20, 21, 24, 29, 34, 40, 41, 42 - kommunikativ emosionallıq.

D) 1, 3, 5, 6, 12, 13, 19, 22, 26, 30, 36, 37 - intellektual emosionallıq.

Hər bir şkalada 12-dən 48-ə qədər bal yığmaq olar. Ən aşağı emosionallıq 25-ə qədər olan ballardır, orta emosionallıq 26-34, yüksık emosionallıq isə 35-dən yuxarıdır. Verilən 3 şkalanın (psixomotor,kommunikativ,intellektual) cəmi ümumi emosional vəziyyəti əks etdirir. Norma 78-102 arasındadır.
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Aydan1568a ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Aydan1568a Baxıxılıb: 1752 Əlavə edilib: 7 июля 2011  

#1 Müəllif: krishnaid (26 августа 2011 19:34)
ICQ:

 
#2 Müəllif: lyzervovka (4 сентября 2011 06:22)


Qrup: Istifadəçi
Вероятность того, что любимец семьи (кошка или собака) поднимет шум вбегая-выбегая из комнаты, прямо пропорциональна количеству и важности гостей, приглашенных к обеду.
Автосоветы


--------------------
ICQ:

 
Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©