Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Kontent - analiz metodu
  • 0
Kontent –analiz- Kontent analiz yaxud informasiyanın məzmunun təhlili müxtəlif sosial tədqiqatlarda ,o cümlədən, sosial-psixoloci tədqiqatlarda istifadə olunan sənədlərin öyrənilməsi metodlarından biridir.Sənəd adı altında burada əlyazmada yaxud çap olunmuş istənilən məqalə yaxud kinofilmdə saxlanılmış ixtiyari kadrdan məlumat nəzərdə tutulur.Sənədlərin məzmunu təhlil edən digər metodlarla müqayisədə qeyd olunur ki, bu I növbədə həcmi böyük olan mətn məlumatlarının kəmiyyət göstəriciləri üzərində aparılan formal müşahidə və statistik prosedurdur.Kontent analizin köməyilə verilən mətnin keyfiyyət –kəmiyyət təhlili nəzərdən keçirilir.Burada əsas çətinlik elə proseduru tapmaqdır ki, bunun sayəsində mətində tədqiq olunan uyğun hadisə və ya xarakteristikaların aşkarlama və qeyd etmək,adekvat şəkildə şərh etmək mümkün olsun.Bu məsələni həll etmək üçün Kontent analiz elə prosedurlar təklif edir ki,onların əsasında konkret sənəd mətnindən və ya tədqiqatın obyektindən aşağıdakıları açıqlamaq olsun:
1)tədqiqatın açarı;konseptual anlayışlarını müəyyənləşdirmək (kontent analizin kateqoriyaları)
2)Bu kateqoriyaların sənəd mətninin ayrı-ayrı elementlərində və ümumi məcmusunda təkrarlama tezliyini və həcmini etibarlı və sistemli şəkildə qeyd almaq.
Beləliklə əldə olunan kəmiyyət göstəriciləri işləməyə məruz qalır və nəticələr tədqiqatın məqsədindən asılı olaraq şərh olunur.Kontent analizin yaranması kütləvi kommunikasiya sahəsində aparılan tədqiqatlarla bağlıdır.Son zamanlar kontent analizin tədqiqini genişləndirməyə ehtiyac yaranmış,onu sosial-psixoloci tədqiqatlara tədbiq etmək zəruriləşmişdir. Sosial psixologiyada kontent analiz ilk növbədə ünsiyyət prosesinin ayrı-ayrı komponentlərini,o cümlədən sosial psixoloci fenomenlərin tədqiqinə tədbiq oluna bilir:qrup fəallığı prosesləri,şəxsiyyətin sosial yönümləri və s.Kontent analiz sərbəst metod kimi bu və ya digər kütləvi kommunikasiya sahəsində oxucu auditoriyasının sosial yönümlərini müəyyən etmək üçün istifadə olunur.Lakin daha çox müşahidə və ya sorğu ilə birgə aparılır.
Kontent analizin vasitəsilə həll olunan əsas məsələ mətnin bu mətni doğuran hər hansı “mətindən kənar gerçəkliklə əlaqəsini tapmaqdır.Belə mətndən kənar gerçəklik adı altında nəinki mətndə sözü gedən real hadisələr,münasibətlər,faktlar nəzərdə tutulur,daha çox kommunikativ respondente qarşı əhvalı,hissləri,ustanovkaları,yönəlişləri,mövqeyi,marraqları və digər sosial psixoloci xarakteristikaları,o cümlədən kommunikasiyanın özü,qrup fəallığının xüsusiyyətləri nəzərdə tutulur.Kontent analitik tədqiqatlarda aşağıdakı etapları müəyyən etmək olar:
1)tədqiqatın vəzifələrini,nəzəri əsasını,tədqiqatın obyektini müəyyənləşdirmək,kontent analizin uyğun keyfiyyət və kəmiyyət vahidlərini seçmək;
2)tədqiqatın obyektini seçmək.
Kontent analizin vahidləri 2 böyük qrupa bölünür:keyfiyyət və kəmiyyət
Keyfiyyət vahidləri bu suala cavab verir:mətndə nəyi saymaq lazımdır ?
Kəmiyyət vahidləri isə necə saymaq lazımdır?sualına cavab verir.
Keyfiyyət vahidlərinə kateqoriyaları və onların mətndəki referentləri aid etmək olar.
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 2832 Əlavə edilib: 12 января 2012  

#1 Müəllif: neyna (25 марта 2014 01:11)


Qrup: Istifadəçi
Salam , cox saqolun melumatlandirirsiz.Sadece sizden bir xayiwim var mene herbi mekteblerine daxil olmaq ucun hansi testlerden istifade etmek lazimdir?
      tewekurler
 
ICQ:

 
Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©