Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Psixoloji yaş
  • 0
1.Məncə,gözəl yumor hissim var.

2.Mənim intuisiyam pis deyil,hər zaman da digərlərinin nə nəzərdə tutduğunu anlayıram.

3.Ümid edirəm ki, gələcəkdə məni çoxlu yaxşı şeylər gözləyir.

4.Məncə insanlara mənimlə ünsiyyət saxlamaq xoşdur.

5.İnsan mənə oxşamasa və baxışları mənim baxışlarımla üst-üstə düşməsə də o insan mənə simpatik ola bilər.

6.Mən uşaqları sevirəm.

7.Mən müxtəlif vəzifələri həll etməyi xoşlayıram.

8.Hansısa işi görəndə,onu daha yaxşı etmək üsulu tapmağa çalışıram.

9.Məni müxtəlif hadisələrin səbəbi maraqlandırır.

10.İşlə yanaşı bir çox əyləncələrim də var.

11.İstənilən dəyişiklikləri yaxşılığa doğru kimi qəbul etməyə çalışıram.

12.İşim digərlərinə xeyir gətirir.

13.Mən hərdən arzu etməyi, xoş xəyyallar qurmağı xoşlayıram.

14.Xoşladığım mahnı əhval-ruhiyyəmi qaldırır.

15.Mən yeni ideyaları böyük maraqla qarşılayıram.

16.Bir qayda olaraq çətinliklər və maneələrlə rastlaşarkən təslim olmuram.

17.Uğurlu zarafata səmimiyyətlə gülməyə hazıram.

18.Mənim sirlərimi bölüşə biləcəyim,bir nəfər də olsa yaxın dostum, tanışım var.

19.Mən fiziki fəallıqdan həzz alıram.

20.Yeni insanlarla görüşməyi xoşlayıram.
21.Mən hələ də bacara bilmədiklərimi öyrənmək istərdim.

22.Cazibəli görünməyə çalışıram,deyəsən bu məndə alınır.

23.Məni darıxdıran xoşagəlməz xırda hallara imkan yaratmıram.

24.Mənim yaşadığım zaman xoşuma gəlmir.

25.Elə düşünürəm ki,imkanlarımı göstərə biləcəyim hal olacaq.

Cavablarınıza əsasən balları toplayıb nəticələrlə tanış olun.

75 baldan yuxarı-Doğum ilindən asılı olmayaraq siz həyat qüvvəsi və özünəinamla dolusunuz. Siz ünsiyyətcil, optimist, xeyirxahsınız. Gec qocalacaqsınız. Psixoloji cəhətdən gəcsiniz.

50-75 bal- Yetkinliyə gedən yolda gəncliyin bəzi dəyərlərini qurban etməli olmusunuz. Qayğılar və ara-sıra yaşadığınız stress sizin sevinmək qabiliyyətinizi zəiflədib, amma ciddilik və cavabdehliyi öyrədib. Siz orta yaşlısınız. Ancaq sizə bir qədər gümrahlıq və optimizm mane olmaz.

50 baldan yuxarı- Sizin kimi insanlara adətən belə deyirlər ki, onlar çox görüblər, təcrübələri var, hər şeyin dəyərini bilirlər. Ancaq bu an tez baş verməyib ki? O qədər çox şey görmək,bilmək,yaşamaq olar ki. Siz qocalmısınız.

Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 4408 Əlavə edilib: 4 Mart 2014  

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Dost saytlar
{friend}

Arxiv
Dekabr 2016 (3)
Sentyabr 2015 (3)
Yanvar 2015 (10)
Sentyabr 2014 (2)
Avqust 2014 (5)
Mart 2014 (5)
 
 
Vuqar
 Copyright 2009-2013 www.psixologiya.net design by OldNick